İSLAM YÜKSƏLİR
İSLAM YÜKSƏLİR
Son 20 ildir dünya miqyasında Müsəlmanların sayının kəskin artımı müşahidə olunur. 1973 ildə qeydə alınmış statistika dünya miqyasında Müsəlmanların 500 milyon olduğunu görtərərkən, bu gün bu rəqəm 1.5 milyarda yaxınlaşıb. Hər 4 adamdam birinin Müsəlman olduğu bir vaxtda, Müsəlmanların sayının tarixdə ilk dəfə Xristiyanları keçdiyi bildirilir. Müsəlman əhalinin yaxın gələcəkdə daha da artacağı və İslamın dünyanın ən böyük dini olacağı proqnoz edilir.

Yüksəlişin səbəbi sadəcə Müsəlman əhalinin atrım surəti deyil, eyni zamanda digər din və mədəniyətlərdən bir çox insanın İslamı seçməsidir. Bu ikinci period, əsasən 11 Sentyabr 2001 tarixində Dünya Ticarət Mərkəzinə edilmiş vəhşi terror hücumunun ardınca daha da surətləndi. Başda Müsəlmanlar olmaqla bütün dünyanın şiddətlə qınadığı bu təcavüz, bir anda insanların - əsasən də Amerikan vətəndaşlarının – diqqətini İslama çevirdi. İslamın necə bir din olduğu, Quranda nələrdən bəhs edildiyi, Müsəlmanın məsuliyyətinin nələr olduğu və gerçək müsəlmanın necə yaşaması Qərbdə ən çox danışılan mövzulara çevrildi. Bu maraq təbii olaraq bir çox ölkədə insanların İslama yönəlməsinə səbəb oldu. Beləcə 11 Sentyabr təcavüzlərinin ardınca dilə gətirilən, “bu hücumlar dünya tarixinin axışını dəyişdirəcək bir hadisədir” şəklindəki proqnoz gerşəkləşməyə başladı. Uzun zamandır dünya miqyasında yaşanan dini-mənəvi dəyərlərə dönüş periodu, bu hadisə ilə birlikdə haqq din olan İslama qayıdış halını aldı.
Bəzən bir qəzetin ön səhifəsində, bəzən də bir televiziya xəbərində eşitdiyimiz bu yönəliş çox zaman sadəcə gündəm xəbəri kimi təqdim olunsa da, əslində İslam əxlaqının dünyaya çox sürətlə yayılmasının işərələridir:
- Dünyanın tanınmış dövlət adamlarının nitqlərində Quran ayələrinə yer vermələri və hər fürsətdə Quran əxlaqını öymələri,
- Məscidləri ziyarət etməyə başlamaları və bu ziyarətləri əsnasında İslam haqqında detallı məlumatlandırılmaqlarını tələb etmələri,
- Dünya tarixində ilk dəfə Papanın Xristiyanları Müsəlmanlarla bir günlüyə oruc tutmağa dəvət etməsi,
- Xristiyan din adamlarının söhbətlərində Qurandan ayələr oxumaları,
- Quranın Qərb ölkələrində həftələr boyunca ən çox satılan kitab olması,
- Beynəlxalq televiziyalarda İslamı tanıdan özəl xəbərlər, reportajlar və müzakirə proqramlarının verilməsi,
- Dünyanın öndə gələn qəzetlərinin İslamdan və Müsəlmanlardan bəhs edən xəbərlərin yayımlaması,
Kitabxanalarda ən çox tələb olunan kitabların İslamı və İslam tarixini anladan kitablar olması sübhəsiz çox önəmli inkişafdır.
Bu saytda məqsəd, bu irəliləmələri toplu olaraq təqdim etmək, təhlil etmək və bu yolla oxuyucuların baş verənlərin böyüklüyünü lazımi qiymətləndirmələrinə vəsilə olur. Bu çalışma bir yandan iman edənlərin şövqünü və əzmini artımağı hədəfləyərkən, digər yandan da İslam əxlaqını bütün insanlara anlatmaq üçün göstəriləcək cəhdin önəminə diqqət çəkir. Bilmək lazımdır ki, baş verən bütün bu irəliləmələr Quranda bildirilən, “İnsanların Allahın dininə dalğa-dalğa girdiklərini gördüyündə, dərhal Rəbbini həmdlə təsbih et və O`ndan məğrifət dilə.” (Nəsr sürəsi, 2-3) ayəsinin reallaşdığı vaxtın çox yaxın olduğunu, prosesin çoxdan başladığını göstərməkdədir. Allah bu vədini mütləq yerinə yetirəcək. Bizə düşən isə bu proseslərdə əlimizdən gələn qədər pay sahibi olmağa çalışmaqdır.


(Altda) CNN televiziyasında verilən "Sürətlə böyüyən İslam Qərb Dünyasında Yeni İnsanlar Qazanır” başlıqlı xəbərdə, son illərdə İslam'a yönəlmiş Xristiyanların sayındakı artıma diqqət çəkilməktədir.
İslam'ın yüksəlişi son dövrlərdə xarici mətbuatda sıx-sıx yer tutur.
Aşağıdakı xəbərdə 11 Sentyabrdan sonra İslam'a olan marağın artması vurğulanır.


