Reklam verin!

İSLAM: DÜNYANI AYDINLADAN İŞIQ

HAQQ GƏLDİ BATİL YOX OLDU

Dekabr 6, 2007 18:24

  İslam Birliyinə Çağrı

İSLAM BİRLİYİNƏ ÇAĞRI

XX əsrin əvvəllərində Osmalı İmperiyasının yıxılması İslam dünyasının XX əsrdəki mövqeyini müəyyən edən önəmli bir hadisə idi. Osmanlının dağıntıları arasından onlarla fərqli dövlət və xalq çıxdı. Amma demək olar ki, heç biri Osmalı dövründəki hüzur və stabilliyə bir daha qovuşmadı.

xerite

 


XXI əsrə girdiyimiz bu günlərdə dünyanın bir çox bölgəsində həllini gözləyən problemlər, uzlaşılmamış məsələlər hələ də qalmaqdadır. XX əsrin əvvəlində pozulan balansın tam anlamı ilə yenidən qurulmaması, əksəri İslam dünyası içərisində olan həssas ərazilər və bölgələr əmələ gətirmişdir. Bu problemlərin bir qismi üzərində keçici bir sakitləşmə təmin olundu, əsas bölgələrdə isə isti qarşıdurmalar və ya gərginliklər hələ davam edir.

Bu gün həllini gözləyən məsələlərdən önəmli bir qismi, Müsəlmanların sıx olaraq yaşadığı torpaqları (Azərbaycan, Fələstin, Kəşmir kimi) bilavasitə əhatə edir. Bununla yanaşı, son dövrdə səsləri getdikcə yüksələn “mədəniyyətlər arası qarşıdurma” tərəfdarlarının Müsəlmanları ittiham edən propaqandaları səbəbi ilə, İslam dünyası, müxtəlif çevrələr tərəfindən hədəf göstərilir. Bu da gərəksiz və süni gərginliyin doğmasına, artmasına səbəb olur. Bütün bunlar, Müsəlmanların XXI əsrdə hansı strategiyanı seçmək sualını hər dəfə gündəmə gətirir.

Bu strategiyanın düzgün müəyyən edilməsi üçün, əvvəlcə İslam dünyasının hazırki vəziyyətini yaxşı başa düşmək lazımdır. Ortaya çıxan doğru təsbitlər, tərtib olunacaq strategiyanın təməl bünövrəsini formalaşdıracaq, alınan qərarların sərrast olmasını təmin edəcəkdir.

xerite


Üç böyük İslam İmperiyasının, Səfəvilərin, Moğolların ve Osmanlıların sərhədlərini göstərən xəritə.

İslam sivilizasiyası, Osmanlılar, Səfəvilər və Moğollar kimi 3 böyük imperiya tərəfindən təmsil edildiyi XVI və XVII əsrdə, Asiya, Afrika və Avropanın hakim gücü idi. Hindistanda Moğol İmperiyası vardı. İran və çevrəsində Səfəvi Dövləti hökm sürürdü. Üçüncü ən böyük dövlət imperatorluq isə, bütün Balkan Yarımadasını, Anadolunu, Mesopatamiyanı, Ərəb Yarımadasını və Şimali Afrikanı idarə edən Osmanlı Dövləti idi. Ancaq bu İslami hakimiyyət getdikcə kiçildi və zəiflədi. İlk olaraq XVIII əsrin əvvəlində Moğol İmperiyası yıxıldı. Bu Cənubi Asiya Müsəlmanları üçün yeni bir dövrün başlanğıcı oldu; Hindistan İngilis İmperiyasının idarəsinə girdi. Hindi-Çin olaraq bilinən bölgə də Fransızlar tərəfindən istismar olundu. Səfəvi İmperiyasının xələfi olan Qacar Xanədanı 1920`lərə kimi varlığını davam etdirdi, ancaq nüfuzunu çoxdan itirmişdi və müəyyən vaxtlarda İngiltərə və Rusiyanın hakimiyyəti altına girdi. Bu vaxtlarda Osmanlı da arxa-arxaya gələn torpaq itkiləriylə birlikdə getdikcə zəifləmişdi. 600 il ərzində, İslam dünyasının ən geniş və ən təsirli dövlət sistemini formalaşdıran Osmalı, I. Dünya Savaşı ilə birlikdə tamam çökdü.

Osmanlının yıxılması başda Yaxın Şərq və Ərəb Yarımadası olmaqla, İslam coğrafiyasında tarixi dəyişikliklərin yaşanmasına səbəb oldu. Regionda xarici güclər tərəfindən qurulan dövlətlər, bu torpaqlarda XX əsrə kimi davam edəcək olan qeyri-stabilliyin və geriləmənin təməl səbəbi oldu. Köklü bir mədəniyyətin qurucusu olan İslam dünyasında, içəri qapanma dövrü başladı. Təkcə Yaxın Şərqdə deyil, Şimali Afrikada, Cənubi Asiyada Müsəlmanlar istismarçı güclər tərəfindən əzildi. Bu ölkələrin əksəri, ancaq  XX əsrin ikinci yarısında azadlıqlarını qazana bildilər. Azadlıqlarını da Əl Cəzair kimi ölkələr qanla qazandılar. Milyonlarla günahsız insan həyatını itirdi, çoxu işgəncə və zülm nəticəsində şikəst qaldı. Bu regionda, İmperialist güclərin çəkilməsinin ardınca sülh və təhlükəsizlik tam təmin oluna bilmədi. Qısası, XX əsr İslam dünyasının çox hissəsi üçün, müharibələr, çaxnaşmalar, qıtlıq və yoxsulluqla keçən bir əsr oldu.

Amma İslam dünyası hər zaman bu vəziyyətdə deyildi.

Əksinə, geridə qalan 2000 ilin tarixi tədqiq olunduqda, ortaya bu günümüzdən çox fərqli bir mənzərə çıxır: İnsanlıq tarixindəki ən böyük mədəni və elmi yüksəliş, İslamla gerçəkləşmişdir. Qərb dünyası qaranlıq içində ikən, Müsəlmanlar dünyanın ən göz qamaşdıran, parlaq mədəniyyətini qurmuş, İslam əxlaqı dünyanı aydınladan işıq olmuşdur.

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha


© 2008 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com